Küskün gözəl
Mürəkkəbləmi yazdı, qanlamı möhürlədi, Qələmi qırılaydı məni sənə yazanın. Cəhənnəm atəşidi sənlə üz-üzə gəlmək, Necə çəkim yükünü mən bu boyda cəzanın. Çiçəklərin içində bir ürək saxlamışdım, Günahkarı sən oldun qəlbə düşən xəzanın. Sən elə qarğamışsan taleyimə, bəxtimə, Nə namazın xeyri var, nə duanın, əzanın. Sən öyrətdin dilimi şikayətə, qarğışa, Pərəni pozulaydı, pərənimi pozanın.
2001, 18 sentyabr