Küsəni barışdırır
Bəhlulun ürəyinə Gündə bir hava düşür. Aygünlə arasında Saz üstə dava düşür. Aygün deyir, mən çalım, Bəhlul deyir, mən çalım. Aygün bəhanə gəzir İnciyib küsmək üçün. Ata gəlir haraya, Davanı kəsmək üçün. Özü dindirir sazı, Ucalır şən avazı. Əziz körpələrini Mahnıyla yarışdırır. İnciyəni güldürür, Küsəni barışdırır.