Kürs çıxar
Həqiqətdə yola girən dərvişlər Pillə-pillə Sidrə ilə Kürs çıxar. Başçısız, fəhmsiz yola girənlər, Yolun şeytan vurar, yolu tərs çıxar.
Ərvah var, həm cin var, pələng var, qurd var, Qayğı var, qüssə var, yol daşdır, dərd var, Yola girər olsan, beş-altı şərt var, Şərtsiz yola girsən, qarşı bars çıxar.
İsrafil sur çalsa, yer-göy əyilsə, Şeytan haray çəksə, dağlar yıxılsa, Dəccal yerə ensə, qoşun yığılsa, İzi Hinddə olar, önü Qars çıxar.
Çiltən, abdal gedər, qaib qələndər, Duaçı heç qalmaz, boşalar bəndər, Qaf dağının gədiyində İskəndər, Dev yoluna qoydurduğı gürz çıxar.
Məxdumqulu deyər, bir zad bilməzəm, İşlər var ki, öhdəsindən gəlməzəm, Ey yaranlar, bu nədəndir, bilməzəm, Xıdır deyib əl atdığım xırs çıxar.