Əsas məzmuna keç

Qoşma

Küllahlı gəldi

Məxdumqulu Fəraqi

1

Bir gecə yatırdım, bir əhval gördüm, Bir bölük başları küllahlı gəldi. Diksinib oyandım, yerimdən durdum, Əlləri qızıldan əsalı gəldi.

Bir bölük ərənlər dövrəmi alıb, Al-yaşıl geyinib, əsbabın salıb, Tutdum birisini əlindən çəkib, Ləbləri şəkərdən məzəli gəldi.

Bir pəri sallanıb, seyrə çıxıbdır, Qəmzə ilə qələm qaşın çəkibdir, Bu canımı eşq oduna yaxıbdır, Başları qızıldan ciğalı gəldi.

Cəfalar çəkibdir yar diyarında, Bağda bitən alma ilə narında, Məxdumqulu, bir pərinin zarında Hamısının dili sənalı gəldi.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.