Əsas məzmuna keç

Qoşma

Köynəyinə

Aşıq Ələsgər

1

Gülabatın qıyı tər sinən üstə, Nə gözəl yaraşır, qız, köynəyinə. Sinən Kəbə, köynək Kəbə örtüyü, İzin versən sürtəm üz köynəyinə.

Gözəl yaranıbsan qali-bəladan, Yanağın göyçəkdi güldən, laladan, Zərgər gül doğrasın zərin tiladan, Əlindən gəldikcə düz köynəyinə.

Ələsgər də dost yolunda sürünür, Sinən üstə dərdə dərman görünür, O köynəyə nar məmələr bürünür, Onçu qurban olluq biz köynəyinə.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.