Kövrəlir
Bir zaman darağa yatmazdı tellər, İndi tumar tutub, saç da kövrəlir. Yollar baş alanda payıza doğru Axır, yanağında yaş da kövrəlir.
Enirsən enişi, gəzirsən düzü, Elə bil sənindi dünyanın üzü. Əllidə deyirsən keçərəm yüzü, Yetmişə çatanda yaş da kövrəlir.
Fürsət əlindədir, dövranını sür, Eşqinlə çağlasın bu Araz, bu Kür. İllərin əlində neyləsin ömür, Məqamı çatanda daş da kövrəlir.
1977, 22 iyul Laçın