Kövrək ağrı
Qızlar keçib gedir belədən-belə, Baxıram, gözəllər baxır, yan keçir. De, kimə lazımam mən indən belə, Hər qız ürəyindən bir oğlan keçir.
Çiyin tab gətirmir hər ağır yükə, Qayğıdı insanın başından basan. Dünyada ən kövrək ağrıdı, bəlkə, Gözəllər gəncləşə, sən qocalasan!
2001, 23 may