Könülsüz dərviş
Yoxsul bir həsirdi, bir Məmmədnəsir, Nə atı, nə də ki, arabası var. Könülsüz dərvişdi, düşər yollara, Bir dəmir çarığı, bir əbası var.
Allahım, mən deyim kimə bağışla, Bağışla, hər bəxti kəmə bağışla. Bədbəxtə bir uçuq kümə bağışla, Desinlər onun da xarabası var!