Könül seyranda gəzərkən
Könül seyranda gəzərkən, Şah gəldi, qondu saraya. Haqqa niyaz eylər ikən Bir əngəl düşdü araya.
Haqqın qapısından girdim, Kəndi vücudumu gördüm, Mə’rifət qazanın qurdum, Eşqi qaynadan kürəyə.
Məhəbbət xaslar xasıymış, Etməyən haqqın nəsiymiş, Sevgi haqqın sevgisiymiş, Ərənlər nə der buraya?
Hilə quşadın, düşürdün, Firqət qazanın daşırdın, Mə’rifət aşın bişirdin, Duzun daddırdın hərəyə.
Xətayi der ixtiyarsız: Neyləyim dünyanı yarsız. Oldur aləmdən xəbərsiz, Duz tökmək istər yaraya.
Lüğət: Gird – çevrə, dolanma; Kəndi – özü; Firqət – ayrılıq