Əsas məzmuna keç

Qoşma

Könül, nə gəzirsən seyran yerində

Şah İsmayıl Xətai

1

Könül, nə gəzirsən seyran yerində, Aləmdə hər şeyin var olmayınca?! Olura-olmaza dost deyib gəzmə, Bir əhdinə bütün yar olmayınca.

Yürü, sufi, yürü, yolundan azma, Elin qeybətinə quyular qazma, Yorulma bihudə, boşuna gəzmə, Yanında mürşidin var olmayınca.

Qalxdı, havalandı könlün quşu, Qovğa, qeybət etmək kötünün işi, Ustadın tanımaz bunda hər kişi, Onun kim mürşüdü ər olmayınca.

Varub bir kötüyə sən olma nökər, Çərxinə dəgər də, dolunu dögər, Nə xudadan qorxar, nə hicab çəkər, Bir kötüdə namus, ar olmayınca.

Şah Xətayim edim bu sirri bəyan, Kamilmidir cahil sözünə uyan? Bir başdan ağlamaq ömrədir ziyan, İki başdan mühibb, yar olmayınca.

Lüğət: Sufi – səqərlat – sufilərin geydiyi yun paltar; Hicab – örtük, pərdə, utanma; Sirri – əf’al – işlərin sirri

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.