Əsas məzmuna keç

Qoşma

Könül coşundadır

Məxdumqulu Fəraqi

1

Könül bir bədən şahıdır, Hər söz könül coşundadır. Yeddi iqlimın taxtında Hər biri öz işindədir.

Dağların qalxıb-enməsi, Çoxların köçüb-qonması, Dünyanın dönüb-dönməsi Fələyin gərdişindədir.

Kimdir bu dünyada qalan, Mənə çindir, sizə yalan, Biri ağ, biri qara ilan – Süleymanın qaşındadır.

Dəyraları zümrüd daşlı, Nər atalı, nər qardaşlı, Altın taxtlı, almaz taclı Dev bəyləri başındadır.

Dolanar, keçər əyyamlar, Qocalar taxtlar, eyvanlar, Gündüz yara aşna canlar Gecə yatsa, düşündədir.

Üç hissəsi dəli dərya, Üçdə birində min qovğa, Kim bilər bu köhnə dünya, Ya rəb, neçə yaşındadır?!

Məxdumqulu der, haraydır, Əcəl oxdur, fələk yaydır, Dünya bir qəhbəyə taydır, Adamzadın dışındadır.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.