Əsas məzmuna keç

Qoşma

Könül

Məxdumqulu Fəraqi

1

Bilməzəm heç, hansı dərdin mübtəlasıdır könül, Ya rəb, ol bir bivəfanın çox həvəsidir könül.

Eşq dəryadır, dibi yox, hicran bir oddur, tüstü yox, Eşqə meyl edən bu odlara yanasıdır, könül.

Bilməyən atmış özün eşq oduna pərvanə tək, İndi bilməz çarəsin kim, nə qılasıdır könül.

İsanın dəmi muxal, Loğman o yerdə kar-lal, Ya rəb, bu dərdin bu hal nə iş dəvasıdır, könül.

Gərçi eşqin dərdidir divanəyə can afəti, Aşna əhli bu qəmi daim çəkəsidir, könül.

Neçə məhrəm binəvalar tapdılar ondan nəva, Mən edən ondan məni bəxtim siyasıdır, könül.

Ağlayıb, Məxdumqulu, dərgaha ərzin söyləyər, Neyçün ki, çox ağlayan bir gün güləsidir, könül.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.