Könül
Nadanın dediyi bir sözdən ötrü, Gəl olma bu qədər pərişan, könül. Amandı, heç kəsdən küsmə, incimə, Böyükdü, küssə də barışan könül.
Ucalmaq istəyi qətidir, qəti, Aşar zirvələri eşqi, qüdrəti. Bəxtəvər deyilmi sözü-söhbəti Zamanla qaynayıb-qarışan, könül.
Bir dünya sevgidi odlanan ürək, Ona səcdə qılır hər gül, hər çiçək. Ömrünü yellərə verməsin gərək, Sənət meydanında yarışan, könül.
1973, 11 yanvar