Əsas məzmuna keç

Qoşma

Könlümü

Zəlimxan Yaqub

2

Bircə diləyim var, ey qoca dünya, Qırma bu incədən incə könlümü. Yandır ömür boyu, yandır şam kimi Qocaya, cavana, gəncə könlümü.

Durmasa əməlim zirvələrlə tən, Canıma dərd olar saçımdakı dən. Ömür, nə vermisən özün bilərsən, Salma istəyindən gencə könlümü.

Məni Vətən adlı butaya tapşır, Bir tay tapılarmı bu taya, tapşır. Öləndə o taya, bu taya tapşır, Bu Təbriz könlümü, Gəncə könlümü.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.