Əsas məzmuna keç

Qoşma

Könlümü

Zəlimxan Yaqub

1

Təbiətlə tutdu sözüm, söhbətim, Verdim yaşıl yaylasına könlümü. Ana qartal məndən ürək istədi, Bağışladım balasına könlümü.

Taleyimin naxışıdı, xalıdı, Ana torpaq istəyimdən halıdı. Vətən yurdu bir bəzəkli xalıdı, İlmə bildim xalısına könlümü.

Arzularım neçə mənzil haqladı, Bulaq kimi göz-göz oldu, çağladı. Dodaqaltı zümzümələr bağladı, Anaların laylasına könlümü.

Sirdaş olub mənə dağ da, aran da, Bərkimişəm qar-yağışda, boranda. Yeri gəlsə, döndərərəm bir anda Bu torpağın qalasına könlümü.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.