Könlümə düşən
Yaxın, yad bilməsin özünə məni, Bu axşam uzaqdı könlümə düşən. Ana əllərilə odu çatılan, Alışan ocaqdı könlümə düşən.
Dağlar qucağında yaylam var mənim, Çəmən sinəsində Leylam var mənim. Laylamı çalanım, laylam var mənim, Deməyin nahaqdı könlümə düşən.
Kim deyir olanı insan unudur, Durur göz önündə həsrətim budur. Udduğum havadır, içdiyim sudur, Gəzdiyim torpaqdı könlümə düşən.
1975, 13 oktyabr