Könlüm sevəni ver mənə
Könlüm sevəni ver mənə, Dağlar, dumanı neylərəm. Sarıyam, Yaxşı gəzirəm, Bədi, yamanı neylərəm.
Bivəfaya ölüm gərək, İlqarsıza zülm gərək. Mənə öz sünbülüm gərək, Sarı samanı neylərəm.
Çevirmə üzünü yana, Hicran odu düşər cana. Qəm yaraşmır Zəlimxana, Ahı, amanı neylərəm.
1972, 1 dekabr