Əsas məzmuna keç

Gəraylı

Könlüm

Zəlimxan Yaqub

1

Bax gözlərin şöləsinə, Həyat versin şölə sənə. Kim vurulmaz beləsinə, Vurulmağa dəyər, könlüm.

Yaza dönər, qışın olsa, Belə tərlan quşun olsa, Yolunda bir qoşun olsa, Qırılmağa dəyər, könlüm.

Qurban eylə baş da, can da, Bu sevgini yaşat qanda, Boz-bulanıq sel olsa da, Durulmağa dəyər, könlüm.

Gözü bəsdi, bulaq gəzmə, Könlü bəsdi, ocaq gəzmə, Bu gözəldən uzaq gəzmə, Yar olmağa dəyər, könlüm.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.