Əsas məzmuna keç

Gəraylı

Könlüm

Zəlimxan Yaqub

3

Daş atılıb aynasına, Çilik-çilik olan könlüm. Zəhərli oxlar ucunda, Dəlik-dəlik olan könlüm.

Ömrə qıyma, yaşa qıyma, Arzuları yolda qoyma. Parça-parça, qıyma-qıyma, Bölük-bölük olan könlüm.

Ay Zəlimxan, günün qara, Dərdin səni çəkdi dara. Dərdə yalvara-yalvara, Axır ləlik olan könlüm.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.