Əsas məzmuna keç

Gəraylı

Könlü haqdan yayındırma

Zəlimxan Yaqub

1

Könlü haqdan yayındırma, İş içindən iş çıxar. Tanrıya ağız büzənin, Boğazından şiş çıxar.

Hamı deyər mən dərvişəm, Dərk eyləməz Allahı. Min ildən bir el içindən, Yunustək dərviş çıxar.

Dəlilik də, aşiqlik də, Ozanlıq da bizdədir. Şair qəlbi haqq evidi, Çiy gələn bişmiş çıxar.

2002, 21 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.