Kökü baltalanmış ağaca döndüm
Kökü baltalanmış ağaca döndüm, Qupquru çürüyüb qaxaca döndüm, Çiçəyi saralmış yamaca döndüm, Sən qayıtmadın.
Bir suyu soğulmuş dəyirman oldum, Həsrətdən əridim, yarıcan oldum. Oğul deyə-deyə bağrıqan oldum, Sən qayıtmadın.
Günəşin önündə nə hünəri var, Gülməsin təbiət, əriməsin qar. Ay oğul, qış getdi, qayıtdı bahar, Sən qayıtmadın.