Əsas məzmuna keç

Heca şeiri

Köksüz ağac

Zəlimxan Yaqub

1

Qürbətə salmasın Allah adamı, Qürbət axırına çıxır adamın. Qaralır ocağı, səngiyir şamı, Köksüz ağac kimi yıxır adamı.

Tökülüb üstümə həsrətin yası, Yuxum ərşə çıxıb, gecə yarıdı. Qəlbimdə atamın kövrək dünyası, Yuxumda anamın laylalarıdı.

Gözümün içində yuva saldı çən, Qəlbimə xaraba, virana dedim. Dedilər, Allahdan nə istəyirsən, Bir “Vətən” söylədim, bir “ana” dedim.

2004, 24 fevral Kislovodsk

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.