Əsas məzmuna keç

Qoşma

Köhnə havalar

Zəlimxan Yaqub

2

Ruhumda üzüntü, qəlbimdə təlaş, Çiy qalır, içimdə bişmir bu hava. Məni oynamağa çağırma, qardaş, Mənim sümüyümə düşmür bu hava.

Təzə uşaqların havasıdı bu, Köhnə kişilərin havası deyil. Başqadı içimi yandıran arzu, Davam tək qədimlik davası deyil.

Qolu da, qıçı da oynatmaq olar, Bu hava ruhumu oynada bilmir. Qızmış kəllələri qaynatmaq olar, Bu hava içimi qaynada bilmir.

Oğulsan, səbr eylə, döz bu hay-küyə, Oğulsan, baş çıxart bu basabasdan. Keylərin içində dönürsən keyə, Nə ruhda nəğmə var, nə dildə dastan!

2007, 17 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.