Əsas məzmuna keç

Qoşma

Köçaköç

Zəlimxan Yaqub

1

Köçaköç başlanıb çöldən, çəməndən, Güllər ürəyinə köçür şairin. Sular zümzümədə, çaylar harayda, Sellər ürəyinə köçür şairin.

Toxumu tutarlı, meyvəsi dadlı, Vurğunu, heyranı piyada, atlı. Sünbüllü, zəmili, bağlı-bağatlı, Çöllər ürəyinə köçür şairin.

Gözəllər utancaq, mən açıq-saçıq, Açıqlıq Allaha gəlməsin acıq. Qəlbin qapıları taybatay açıq, Ellər ürəyinə köçür şairin.

Dağ yolu, bağ yolu, təbiət yolu, Eşq yolu, pir yolu, mərhəmət yolu, Bir sevda uğrunda min zəhmət yolu, Yollar ürəyinə köçür şairin.

2006, 3 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.