Əsas məzmuna keç

Müstəzad

Kirpikləri çün iki cahanın əsəridir

İmadəddin Nəsimi

1

Kirpikləri çün iki cahanın əsəridir, Bu dövri-Zühəldə, Ol günəşi gör sən kim, anın kimi pəridir, Gün bürci-Həməldə. Katib ki, üzü hərfini yazdı otuz iki, Yigirmi səkizdən, Ol adəmi-xaki budur, adəm, xəbəridir, Qıl nəqşi-əzəldən. Gəl surətinin sirrini həcc eylə ədədcə, Ol məhrəmi-əsrar. Kim, aləmi-surət qılasan, həcc səfəridir, Fikr eylə əməldə. Musasifət olgil ki, münacat həmişə, Göstər yədi-beyza, Didar çün anın gecəvü-gündüz nəzəridir, Bu Turi-zələldə. Üqbayə duruş, aləmi-zata bula gör yol, Anla bu sifati, Dünya dedigin fitnə çü gördün bəşəridir, Nəqdi anın əldə.

______________________Milli Kitabxana_______________________

Gəl qaməti-sərvin keçib ol cənnətə daxil, Didar görəsən, Arif olanın rövzeyi-rizvan çü yeridir, Qalır o məhəldə. Mişkin saçın əldən qoma zinhar, Nəsimi, Namusu yelə ver, Müşkillərini keyfiyyətin şəm’in əridir, Ol saf bu həldə.

______________________Milli Kitabxana_______________________

Lüğət: Əsrar – Sirlər; Yədi – beyza – Ağ əl; Beyza – Ağ, bəyaz; Didar – Görüş; Üqba – O dünya; Rizvan – Cənnət

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.