Kin dərin quyudu
Hamı addım atdı Allaha tərəf, Ömründə bir addım sən atmamısan. Hamıya quş qoyub, daş atan alçaq, Bir quş yuvasına dən atmamısan.
Kin sənin düşdüyün dərin quyudu, Kim orda qaldısa batdı, uyudu. Çirkab sənin üçün çeşmə suyudu, Heç zaman saflığa can atmamısan.
Yalta, 2010, 13 iyun