Əsas məzmuna keç

Qoşma

Kimsəsiz uşaq kimi

Zəlimxan Yaqub

1

Səndən uzaqlarda günüm gün deyil, Suya həsrət qalan dodaq kimiyəm. Günəş gündüzümü qızdıra bilmir, Gecələr qaranlıq otaq kimiyəm.

Doğma nəfəsinə ləliyəm, acam, Közün ortasında qovrulan sacam. Qürbətin şimşəyi vurmuş ağacam, Sınıb yerə düşən budaq kimiyəm.

Ey qoynu gülüstan, qucağı cənnət, Kimi qocaltmayıb dünyada həsrət. Vətən cəsarətdi, qürbət əsarət, Yad eldə kimsəsiz uşaq kimiyəm.

2011, 6 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.