Əsas məzmuna keç

Qoşma

Kimi

Zəlimxan Yaqub

1

Gözümün qarası, sarısı getdi, Mən sənin qəlbinə hopana kimi. Ömrümün, günümün yarısı getdi, Qayıdıb özümü tapana kimi.

Xeyrin ayağından hər gün şər çəkib, Dünyada nə dərd var bu bəşər çəkib. İndi düşünürəm, gör nələr çəkib Fərhad o dağları çapana kimi.

Təkcə yaşamağa yaranmır insan, Yaşatmaq heç kəsə gəlməsin asan. Min tilsim qalası dağıtmalısan Bir sevgi sarayı yapana kimi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.