Kimdədir?
Bizdən salam Orazmənli şairə, İslamla kafirın fərqi kimdədir? Ol nə quşdur qonar adam sərinə, Onun qonar-qonmaz ərki kimdədir?
Nə bəndədir, qulluq edər, zad almaz, Nə aşnadır, min il gedər, yad olmaz, Olar kimdir — ağlar gəzər, şad olmaz, Harda söhbət edər, rizqi kimdədir?
İdris orda harda edər söhbəti, De kimdədir yerin-göyün qüvvəti, Ol nə quşdur, altı mindir qanadı, Ay-günün, ulduzun görkü kimdədir?
Başüstə asdılar hansı ağacı, Haq hansı dostuna verdi meracı, Bizim peyğəmbərə verilən tacı, Xəbər ver, bunun tək börkü kimdədir?
Bəylər, Məxdumqulu, lisan xoş gəldi, Söylə, İsa göydə nə şəhrə endi, Peyğəmbər kimsəyə vəsiyyət qıldı, Əsası, xirqəsi, kürkü kimdədir?