Kim sağaldar
Bu evləri kim dağıtdı, Kim uçurdu barısını? Kim ağlatdı bu evlərin, Qocasını, qarısını?
Əlacını axtar, ara, Söz yaralı, xəbər qara. Kim qaytarsın bu dağlara, Çiçəklərin arısını?
Yaman sındı kərən, Allah, Düşdük pərən-pərən, Allah. Kim sağaldar görən, Allah, Qəlbimizin yarasını?