Əsas məzmuna keç

Heca şeiri

Kim daha çox sevirsə

Zəlimxan Yaqub

1

Bu cavan oğlana “qardaşım” de, Sənin qardaşın olsun. İnsana sevgiylə dillən, Ucalan başın olsun. Bu cavan gəlinə “bacım” de, Qoy sənin bacın olsun. Dildən şirin çıxan söz, Başında tacın olsun. Bu körpə uşağa “balam” de, Qoy sənin balan olsun. İnsan oğluna inan, Səngərin, qalan olsun. Bütün ağbirçəkləri, Öz anan gözündə gör, Hər biri anan olsun. Ürəyində inamı, Qarlı bir dağa döndər, Dərdə dayanan olsun. Bütün küsənləri barışdır, Arada at oynadan, Savaş yox, barış olsun. Nifrətləri əritsin, Eşqin, sevginin odu. Sevənlər arasında, Sevgidən yarış olsun. Kim daha çox sevirsə, Çevrilsin ziyarətə. Məhəbbətin yolunda Əsil axtarış olsun.

2000, 2 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.