Əsas məzmuna keç

Qoşma

Kim bilir?

Zəlimxan Yaqub

1

On il bundan əvvəl hardaydı fikrim, On il bundan sonra harda, kim bilir? Hansı kök üstündə dillənəcək tar, Hansı sim susacaq tarda, kim bilir?

İnsan bu dünyayla xəncər-bıçaqdı, Biri sağ gəzirsə, biri naçaqdı. Kimlər gün altında qızınacaqdı, Kimlər üşüyəcək qarda, kim bilir?

İçimi yandırır bozarmış çölüm, Səhrayam, quruyub dənizim, gölüm. Nisyədi ölməzlik, nağdıdı ölüm, Bizi nə gözləyir gorda, kim bilir?

2004, 23 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.