Keşiyindədir
Qayanın altında yaşıl tülə bax, Qayanın döşündə açan gülə bax! Görüb bu istəyi, bu qohumluğu Döyünən, çırpınan bir könülə bax! Başında oynaşan borana baxmaz, Kökünü tərpədən tufana baxmaz! Qayalar həmişə sərt olur, könül, Çiçək var yaşayır kəpənək ömrü, Köntöy bir baxışdan pərt olur, könül. Qaya ömrü hara, gül ömrü hara, Bəs bu yaxınlığın mənası nədir? Sevməyə çağırır təbiət bizi, Oğullar qızları qoruyan kimi, Sərtlik zərifliyin keşiyindədir!