Əsas məzmuna keç

Heca şeiri

Kəsdilər

Zəlimxan Yaqub

1

Dalğalara həsrət qaldı, dənizlərə tamarzı, Yaxşı üzən şairlərin qollarını kəsdilər. Qələmini sındırdılar, dəftərini aldılar, Yaxşı yazan şairlərin əllərini kəsdilər. Sözü gözdən salmaq üçün qılınc mindi hörmətə, Haqqı deyən şairlərin dillərini kəsdilər. Bülbül kimi ötən sazı çırpıb qara daşlara, Pərdələri doğradılar, tellərini kəsdilər. Şair dili, şair əli, şair yolu kəsənlər Özlərinin haqqa gedən yollarını kəsdilər.

2009, 15 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.