Əsas məzmuna keç

Qoşma

Kərəm yalan oldu, mən gerçək oldum

Zəlimxan Yaqub

1

Gəl gözüm işığı, gəl gözüm nuru, Dilim qabar oldu “göz” deyə-deyə. Ruhum harayladı, könlüm çağırdı, Öldürdün, darıxma, “döz” deyə-deyə.

Yoruldum, dizimi heydən eylədim, Vaxtımı hey axşam, hey dan eylədim. Ayağın altında meydan eylədim, Sinəmin üstündə “gəz” deyə-deyə.

Nədi sirr saxlamaq, sirr, mən bilirdim, Gizli sevgiləri pir mən bilirdim. Bir Allah bilirdi, bir mən bilirdim, Dillərdə söz oldum, “söz” deyə-deyə.

Yerinə yetməyən bir dilək oldum, Yol üstə saralan son çiçək oldum. Kərəm yalan oldu, mən gerçək oldum, Qaynar baxışlara “köz” deyə-deyə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.