Əsas məzmuna keç

Qoşma

Kərəm istərəm

Məxdumqulu Fəraqi

1

Əvvəl başda, qadir Allah, Səndən bir kərəm istərəm. Badam qabaq, alma yanaq, Bir ziba sənəm istərəm.

Tanrı verməsə, nedəlim, Baş alıb, hara gedəlim, Oturub dursun ədalım, Qaşları qələm istərəm.

Özünə hörmət gətirən, Ərin xidmətin bitirən, Qaş-qabaq çatmaz oturan, Mənalı gülən istərəm.

İyirmi yaş ötdü məndən, Həzz almadım, dünya, səndən, Dili şirin, ləbi xəndan, Qoynuna salan istərəm.

Qul Məxdum, gəldim cahana, Bir yar vergil ağlı dana, Düşdüm him bilməz nadana, Bir qədrim bilən istərəm.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.