Kəpənəkçinin
Şırhaşır sinəmdən axar bulaqlar, Başlasa söhbəti Kəpənəkçinin. Nəyinnən danışım, nəyinnən deyim, Azdımı şöhrəti Kəpənəkçinin?!
Qoynunda ocaq var, ocaq buz olmaz, Onsuz çörəyimdə heç vaxt duz olmaz. İnşallah, heç yerdə o ucuz olmaz, Bahadır qiyməti Kəpənəkçinin.
Aşıq meydan qursun, sinəsində saz, Zəlimxan, gün keçir, sən durma, sən yaz. Onu səsləməsəm səsim ucalmaz, Böyükdü hörməti Kəpənəkçinin.
1973, 27 yanvar