Əsas məzmuna keç

Qoşma

Kəpənəkçidə eloğlum ziyəddinə

Zəlimxan Yaqub

1

Sazını götürüb səndən xəbərsiz, Qəlbində bir incə teli qırmışam. Elə bilirəm ki, cəllada dönüb, Obanı dağıdıb, eli qırmışam.

Şairi qınasa haqlıdı ellər. Döndərsə üzünü, doğrudu, sellər, Aşığın sağ əli tellərdi, tellər, Əllərim quruyub, əli qırmışam.

O gündən xəyalım dağlar aşmadı, Duyğular sel olub coşub-daşmadı. Fikrim xəstə düşdü, ayaqlaşmadı, Gərdəni sındırıb, beli qırmışam.

Xatasız qul olmaz, kərəmsiz ağa, Çəkmə Zəlimxanı arana, dağa. Bağbana deməmiş girmişəm bağa, Bağbanı incidib gülü qırmışam.

1975, 24 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.