Əsas məzmuna keç

Qoşma

Kəpənək zərifliyi

Zəlimxan Yaqub

1

Özü bircə dəfə getməyən yerə, İnsanı min dəfə fikir aparır. Uçurumlar dibinə, dağlar başına, Xəyal qəlbimizi çəkir aparır.

Fikirlər qanadlı, duyğular xumar, Dünyamız genişdi, meydanımız dar. Ruhda bir kəpənək zərifliyi var, Yellər qanadına bükür aparır.

Göy bizi tutsa da yağışa, qara, Bağlanmır bənd-bərə, kəsilmir ara. Eşqimiz qalxanda ucalıqlara, Dilində Allaha şükür aparır.

2003, 15 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.