Kəklik
Həsrətini çəkə-çəkə, Dərdim yetdi yüzə, Kəklik! Qız, sən Allahı sevərsən, Ürbənd tutma üzə, Kəklik!
Dostdan dosta bu nə fənddi, Zülfün boynuma kəmənddi?! Dişin dürdü, dilin qənddi, Dodaqların məzə, Kəklik!
Geydiyin yaşıl, əlvandı, Elədiyin nahaq qandı. Ələsgər sənə qurbandı, Sən gələndə bizə, Kəklik!