Kəfarət etdi
Fəhm eylə sözümü, aşiqlər başı, Kim xudaya oğlun kəfarət etdi? Xəlilülla − haqqın Kəbətəraşı, Kim sonra Kəbəni imarət etdi?
Azıq götürülməz ulaqsız köç nə, Altı nə, yeddi nə, dörd nədir, beş nə, Ağdan qara dönən şərəfli daş nə, Adı nədir, hər kim ziyarət etdi?
Bilirsənmi neçə yoldur salındı, Hansı yoldur möhtac oldu, alındı, Şəmi şölə vurdu, yandı, bilindi, Ol şəmi haqq kimə kəramət etdi?
Kimdir Hatəm onu görüb Tövratda, Yoluxubdur daş ayaqlar bəratda, Bilirsənmi, həyat axar zülmətdə, Xıdır ilə kimdir təharət etdi?
Surətpərəst nədir, duası heçdir, Xəbər vergil, Nuhun qaynı nə işdir, Azana, tozana dəstgir nə quşdur, Kimin türbətinə ziyarət etdi?
Ol nə dörddür, enib gəldi sultandan, Xalqlar şöhrət tapdı, de neçə candan, Hansı mələk enib düşdü asmandan, Nə adəm oğluna inayət etdi?
Məxdumqulu, kimdir, bir yerə düşdü, Ol kimdir, bir gecə dev alıb qaçdı, Neçə ildən sonra gəldi, qovuşdı, Tanrı pənahında səlamət etdi?