Keçir
Baş alıb hər yana gedən yollarım, Beşikdən başlanır, bələkdən keçir. Günlər bir dən olub səpilir yerə, Ömür una dönür, ələkdən keçir.
Bəzən sevinc olur, bəzən dərd, ələm, Kərəmtək yanıram, yetişmir Lələm. Şeirimi yazmağa tapılmır qələm, Dərdim, şikayətim lələkdən keçir.
Göylərə qaldırdı andım Allahı, Bəzən yalançı da sandım Allahı, Nə qədər unutdum, dandım Allahı, Yenə də işlərim fələkdən keçir.
1976, 14 dekabr