Əsas məzmuna keç

Qoşma

Keçibdir həddən

Məxdumqulu Fəraqi

1

Cəlil ey, cabbar, ey, özün bilərsən, Cahan içrə cürmüm keçibdir həddən. Bəndəyəm, nə qılsan özün qılarsan, Günahım güc alıb, artdı gün-gündən.

Dərgahından dərman diləyim necə, Uzun ömrü, heyif, sərf etdim heçə, Yük ağır, yol iraq, qaranlıq gecə, Can da cövlan vurar çıxmağa təndən.

Yolu azdım, peşman olub oturdum, Kərəminə sığnıb, pənah gətirdim, Yoldaşım yox etdim, yolum itirdim, Nəfs insafdan etdi, şum şeytan dindən.

Hasilim üsyandır gündəliyimdən, Ölüm asan olar zindəliyimdən, Xəcalətə qaldım bəndəliyimdən, Sənə layiq əməl gəlmədi məndən.

Həsrət ilə keçdim, heyranda qaldım, Dərgahın daldadır, sığınıb gəldim, Nəfs ilə şeytanın paymalı oldum, Sahibimsən, lütf et, qurtargil ondan.

İxlasım arı qıl, yalanım yox et, Dilimi uzun qıl, üzümü ağ et, Xətərdən hifz eylə, haramdan pak et, Tövfiqin yar eylə, tövbə ver çından.

Məxdumqulu, aşnalıq ver eşq ilə, Sinəmə sirr ilə, gözə əşk ilə, Amalım anlasam, qaldım müşkülə, Yerim yox ayrılıb getməyə səndən.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.