Əsas məzmuna keç

Gəraylı

Keçdi

Aşıq Ələsgər

1

Pəncərədən qəfil baxdım, Qarşıdan bir sona keçdi. Bir ox atdı, qaş oynatdı, Müjganları cana keçdi.

Ala gözlərini gördüm, Təzələndi köhnə dərdim, Yolunda can qurban verdim, Baxmadı qurbana, keçdi.

Sərv boylu mələkzada, Camalından içdim bada. Ələsgəri saldı oda, Qoydu yana-yana, keçdi.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.