Əsas məzmuna keç

Gəraylı

Keçdi

Zəlimxan Yaqub

1

Ümid oldum ömrə, günə, Yaş məni doğradı, keçdi. Əl atdım sal qayalara, Daş məni doğradı keçdi.

Endi əkinə-biçinə, Düşdü dilimin ucuna, Zəhər qatdılar içinə, Aş məni doğradı keçdi.

Xırmanımı vəl apardı, Çiçəyimi yel apardı, Gözlərimi sel apardı, Yaş məni doğradı keçdi.

Nəzər adlı bıçaq kəsdi, Sevinc məndən ayaq kəsdi, Buz göynətdi, sazaq kəsdi, Qış məni doğradı keçdi.

Çiçək oldum, yarpaq oldum, Xəzan vurmuş bir bağ oldum, Tapdalandım torpaq oldum, Xış məni doğradı keçdi.

2010, 24 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.