Əsas məzmuna keç

Heca şeiri

Keçdi

Zəlimxan Yaqub

2

Bulud qısır... Göylər susur... Bir damla yox, Nədir bu sirr? Yaylaqlara yağan yağış gəldi bizdən iraq keçdi. Çəməndəki qızıl lalə ürəyimcə açılmadı, Elə bildim gözlərimdə ocaq söndü, çıraq keçdi.

O dağlara yağış yağır, bu dağların xəbəri yox, Yaxınların yanğısından uzaqların xəbəri yox, Yanan kimdi, yandıran kim, bulaqların xəbəri yox. Bəlkə ağır suçumuz var, içimdən bir sazaq keçdi.

Sanki göydə şimşək ölüb, buludları qamçılamır, Səhər vaxtı sərin olub, axşamüstü nəm çiləmir, Yer qovrulur, göy sovrulur, bircə damla damcılamır, Quraq keçdi, qardaş, bu il, mövsüm yaman quraq keçdi.

2007, 9 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.