Əsas məzmuna keç

Qoşma

Kəbənin

Zəlimxan Yaqub

2

Tale yazdı, bəxt oyandı, gün doğdu, Dərgahında qonaq oldum Kəbənin. Səcdəsinə əyildikcə əyildim, Qarşısında yumaq oldum Kəbənin.

Dövrəsində yeddi dəfə dolandım, Hər baxara, hər tərəfə dolandım. Ən müqəddəs bir şərəfə dolandım, Kitabında varaq oldum Kəbənin.

Üstümüzə göydən yağan ətirdi, Ululara ulu hörmət, xətirdi. Qadir Allah çəkdi məni gətirdi, Paklığında uşaq oldum Kəbənin.

Gecələri gündüzlərə qataram, Ən işıqlı diləklərə çataram. Torpaq altda şirin-şirin yataram, Torpağında torpaq oldum Kəbənin!

Mədinə, 1994, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.