Əsas məzmuna keç

Qoşma

Kasıbın bazarlığı

Zəlimxan Yaqub

1

Hesabı bilənlər çox gözəl bilir, Nə ucuz satıldı, nə baha qaldı, Ən çox ucuzlaşan insandır, ancaq Yenə də od baha, su baha qaldı.

Yoldular tükünü, qaldı dərisi, Saraldı xanımı, soldu pərisi, Nə malı tapıldı, nə müştərisi, Yenə kasıbınkı Allaha qaldı.

Əlləri tutanı gözü tutmadı, Pisə pis deməyə üzü tutmadı, Onun bu bazarla sözü tutmadı, Onun bazarlığı sabaha qaldı.

2010, 15 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.