Əsas məzmuna keç

Qoşma

Kar ilə

Məxdumqulu Fəraqi

1

Qafil adam, qəm altında yatıbsan, Ötdü ömrün ufaq-təfək kar ilə. Dünya mardır, yastılanıb yatıbsan, Dincələrmi söylə yatan mar ilə?

İman qazan, insafını udmagil, Görə-görə özün oda atmagil, Munda bidar-oyaq qalıb yatmagil, Munca dözüb yatacaqsan gor ilə.

Hara getsən varan yerin gor olar, Xeyir qazan, yatan yerin nur olar, Yaxşı olsan, yerin cənnət-hür olar, Yaman olsan, yandırarlar nar ilə.

Gözün yumdun, səndən ayrılar malın, Ölərsən, dirilər nə bilər halın, Yaxşı-yaman, hər nə isə amalın, Qarşın alıb durar müdam var ilə.

Əsli kafir müsəlmana qatışmaz, Düz müsəlman haram işə tutuşmaz, Mənzil kəsməz, heç bir yana yetişməz, Başçı tutub, yola girən kor ilə.

Ömrünə aldanma, ötənə yanma, Malına güvənmə, mülkə dayanma, Munda bəd işləmə, onda utanma, Hesab günü xeyrin alıb var ilə.

Məxdumqulu, doğru sözə tən vergil, Səvab mundan ötməz, tapsan, nan vergil, Könlün tapan dost yolunda can vergil, İşin nədir, səni deməz yar ilə.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.