Əsas məzmuna keç

Qoşma

Kamil ovçu ölməyincə usanmaz

Aşıq Ələsgər

1

Kamİl ovçu ölməyincə usanmaz, Əldən qoymaz belə sərxoş maralı. Eşq oduna yanan aşkara yanmaz, Pünhan-pünhan mənim kimi saralı.

Öldürsələr qorxum yoxdu qanımdan, Yolunda keçmişəm şirin canımdan. Tərk oldum vətəndən, xanimanımdan, İnsaf deyil, gəzmə məndən aralı.

Aşıq Ələsgərəm, söylənir adım, Budu ürəyimdə mətləb-muradım, Sənin ərin ölsün, mənim arvadım, İkimiz də qalaq yaslı, yaralı.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.